EN

Millimizin üzvü Polşada növbəti oyuna çıxdı

Polşa çempionatında 15-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin müdafiəçi Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” səfərdə “Poqon”la qarşılaşıb.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Rahil Məmmədov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Radomiak" bu qələbədən sonra sonra 16 xalla 13-cü pillədədir.

Chosen
14
4
ikisahil.az

10Sources