EN

Rusiyaya qarşı 15-ci sanksiya paketi hazırlanır

Avropa İttifaqı Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır.

Bakupost.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Bəli, Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmaya qarşı mübarizəni gücləndirməliyik”, – o qeyd edib.

Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri bildirmişdi ki, Aİ ölkələri yanvar ayında Rusiyanın enerji ixracına qarşı yönəlmiş 15-ci sanksiya paketinin hazırlanmasını sürətləndirəcəklər.
Chosen
4
7
bakupost.az

10Sources