Kino ulduzu Cennifer Lourens həyat yoldaşı, 40 yaşlı amerikalı sənətşünas və Nyu-Yorkdakı "Gladstone" qalereyasının direktoru Kuk Maruni ilə ikinci övladını gözləyir.
Oxu.Az thevoicemag.ru-ya istinadən xəbər verir ki, Cennifer hamiləliyini gizlədən geyimlər seçməyə çalışır.
Aktrisa bu dəfə şokolad çalarlı midi libasda görünüb. O, soyuq axşamda qara dəri pencək geyinib. Ulduz saçlarını arxaya toplayıb və makiyajdan imtina edib.
Qeyd edək ki, Oskarlı aktrisa beş il əvvəl evlənib. Aşiqlər 150 nəfərin dəvət olunduğu dəbdəbəli toy təşkil ediblər. Cütlüyün iki yaşlı Say adlı oğlu var.
"Cebheinfo.az"