EN

Astarada məktəb direktoru xuliqanlıq etdiyinə görə cəzalandırıldı

Astara rayonu Burzubənd kənd tam orta məktəbinin direktoru, 1987-ci il təvəllüdlü Turan İmran oğlu Rəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Bildirilib ki, məktəb direktoru övladını Astara şəhərində fəaliyyət göstərən  "Məryəm Kids" Uşaq İnkişaf Mərkəzinə loqopedik seanslara yazdırıb. Lakin seansları keçməli olan loqoped işdən azad edilib və yerinə yeni loqoped işə götürülüb. 

Məktəb direktoru isə ödənişi geriyə tələb edib. 

Mərkəzin rəhbəri qaydalara zidd olsa belə ödənişi təyin etdiyi tarixdə qaytaracağına söz verib. 

Məktəb direktoru Turan Rəfiyev təyin edilən vaxtan bir gün öncə əsəbi şəkildə Mərkəzə daxil olaraq yumruqla direktorun üzərinə hücum etmiş, onu söyərək təhqir və təhdid edib. 

Mərkəz rəhbərinin şikayətindən sonra Turan Rəfiyev barəsində protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin çıxardığı qərarla məktəb direktoru törətdiyi xuliqanlıq əməlinə görə cərimə edilib. 

Chosen
76
16
arqument.az

10Sources