EN

Monqolustanda güclü zəlzələ olub

Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Qeyd olunub ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 00:37-də qeydə alınmış yeraltı təkanların episentri Bayanxonqor şəhərindən 175 km şimal-qərbdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Chosen
74
12
far.az

10Sources