EN

Kazanda itlər qadını parçalayaraq öldürdülər

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda itlər işə gedən qadını parçalayaraq öldürüb, faktla bağlı cinayət işi açılıb.

Publik.az xəbər verir ki, bu barədə Rusiyanın Tatarıstan üzrə İstintaq Komitəsi məlumat yayıb.

“Kazan şəhərinin Konstantinovka qəsəbəsinin ərazisində yerli sakinin heyvan dişləmələrinin izləri olan cəsədi aşkar edilib”, – qurumun teleqram kanalında bildirilib.

Müstəntiqlər təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan ölümə səbəb olma və səhlənkarlıq faktları üzrə cinayət işi açıblar.

Chosen
17
1
publika.az

2Sources