EN

Ançelotti məşqçilik karyerasındakı ən böyük səhvindən danışdı

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti karyerasındakı ən böyük səhvi ilə bağlı sualı cavablayıb.

Arena.az “El Chiringuito” dərgisinin “France Football” nəşrinə istinadı əsasında, italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“Real”dakı ilk ilimdən sonra klub müqaviləmi uzatmaq istəmişdi, amma mən maaşımı artırmaqda çox israr etdim və klub danışıqları dayandırdı. Bu, indiyə qədər yol verdiyim ən pis səhv idi, amma bu, mənə ibrət dərsi almağa imkan verdi”, deyə Ançelotti səmimi etiraf edib.

Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.

Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Chosen
58
26
arena.az

10Sources