"Forrest Qamp" obrazı ilə tanınan amerikalı kinoaktyor Tom Henks Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra verdiyi sözə əməl edib və ABŞ-ı tərk edib.
OXU24.COM xəbər verir ki, bu barədə "The Direct" Henksin pərəstişkarlarına yazdığı açıq məktubdan sitat gətirərək məlumat yayıb.
"Ağır ürəklə və daha da ağır bir çamadanla elan edirəm: mən ölkəni rəsmən tərk etdim. Bəli, düz eşitdiniz - indi bunu uzaq, naməlum bir yerdən, gözəl mənzərəsi olan yerdən yazıram... Yaxşı, bir şey, ki, Amerika deyil", - Henks məktubda qeyd edib.
Aktyor getmə səbəblərindən danışarkən belə izah verib:
"Tramın ikinci dəfə Prezident seçilməsi mənim hazırlaşdığım şey deyildi. Nəticələri görəndə düşündüm: "Qaç, "Forrest", qaç!" Mən də məhz belə etdim".
Aktyor pərəstişkarlarını onun ABŞ-ı həmişəlik tərk edəcəyini düşünməməyə çağırıb və Donald Trampın prezidentlik müddəti bitdikdən sonra geri qayıda biləcəyini açıqlayıb.