Livandan İsrail ərazisinə 10-a yaxın raket atılıb.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Raketlərin bir hissəsi ələ keçirilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb", - məlumatda deyilir.
Departament qeyd edib ki, bu atəş nəticəsində İsrailin şimalındakı Yuxarı və Qərbi Qaliley bölgələrində hava həyəcanı elan edilib.