EN

AğdamAzərbaycanın gözəl şəhərlərindən biri olacaq - Kamaləddin Qafarov

Bakı. Trend:

30 ilə yaxın müddət ərzində davam edən işğal dövründəermənilərin Azərbaycan xalqına qarşı törətmədikləri vəhşiliklərqalmadı. Kütləvi qırğınlar, qətliamlar azərbaycanlıların özdədə-baba yurdlarından deportasiyası, tariximizə, mədəniyyətimizəvə dinimizə qarşı misli görünməmiş təcavüzkarlıq və dağıdıcılıqəməlləri ilə müşayiət olunurdu. İndiyədək Qarabağ, Zəngəzur,həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğmatorpaqlarında etnik təmizləmələrə məruz qoyulub. Xaricijurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdamşəhərinin tamamilə dağıdılması isə hətta II Dünya müharibəsiningedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq vəbarbarlıqdan xəbər verir.

Bu sözləri mətbuata Ağdam şəhəri günü ilə bağlı verdiyiaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, eyni dağıntılara Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan rayonlarının da şəhər və kəndləri məruz qoyulub. “Bütünbinaların dağıdılmadığı nadir ərazilər isə Şuşa, Laçın və qismənKəlbəcər şəhərləri idi. Bunun yeganə səbəbi də odur ki, Ermənistandövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmişərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasətiyürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasınınkobud şəkildə pozulması deməkdir. Böyük təəssüf hissi ilə də olsaetiraf edilməlidir ki, bütün bu cinayətlər faktiki olaraq aşkarşəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib.”

Rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə vəxalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davametdiyini vurğulayan deputat bu təhlükəli tendensiyanın arxasındabəzi dünya güclərinin yürütdükləri ikili standartlar siyasətinindurduğunu qeyd edib: “Münaqişənin tənzimlənməsi məqsədiləvasitəçilik missiyasını həyata keçirmək üçün ATƏT-dən mandat alanMinsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuşərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərinqəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuzməskunlaşdırılmasının şahidi olublar. Lakin Ermənistan bir dəfə dəolsun bu əməllərinə görə qınanmayıb. Bu isə öz növbəsindəerməniləri daha da azğınlaşdırıb. 1993-cü il 23 iyul tarixindəərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticəsində 128 min insanməcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Rayonun 38kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, unikalÇörək muzeyi, 67 idarə və 99 klubu dağıdılmış və talan edilmişdir.2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adınıdəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərindəxaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraqməskunlaşdırmışdılar.”

K.Qafarov Azərbaycanın müharibəni həm döyüş meydanında, həm dəsiyasi müstəvidə qazandığını qeyd edərək deyib: “Ölkə Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyatakeçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsindəAzərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı IIQarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdəparlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsindəəldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildəimzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, həmin il noyabrın20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvilverildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısıalındı. Bu, Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsindəAzərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamınaəsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Çox yaxıngələcəkdə Ağdam yenidən bərpa edilərək Azərbaycanın gözəl şəhərlərisırasında öz layiqli yerini tutacaq. Möhtərəm dövlət başçımızındediyi kimi, indi Ağdam üçün yeni dövr başlayır. Tezliklə Ağdamrayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrarsənayenin, kənd təsərrüfatının inkişaf etdiyi rayonlarından birinəçevriləcək”.

Məqalədə:
Chosen
308
10
az.trend.az

6Sources