Berlinin Fridrixşayn rayonunda naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.
AZƏRTAC “Tagesspiegel” nəşrinə istinadla xəbər verir ki, bir qrup şəxs binaların damına çıxıb havaya fişənglər atmağa başlayıblar. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşmaq istəyərkən onlar daş, kərpic və bir sıra yandırıcı maddələrlə hücum ediblər
Hadisə nəticəsində binaların birində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürüblər. Hücumun səbəbi və onu törədən şəxslərlə bağlı araşdırma aparılır. Xatırladaq ki, bir həftə əvvəl də həmin rayonda polis əməkdaşlarına hücum edilmişdi.