EN

Pensiya kapitalı ilə bağlı təklif - Pensiyaçılar pulunu varislərinə ötürə biləcək?

Pensiya kapitalı ilə bağlı təklif - Pensiyaçılar pulunu varislərinə ötürə biləcək?

Azərbaycanda pensiya yaşı 65-dir. Çox insan pensiya yaşının hazırki dönəmdə çox olduğunu düşünürlər. Çünki günümüzün insanları daha stressli, gərgindirlər və bu da qəfil, gənc yaşda ölümlərə səbəb olur. İnsanlar illərlə işləyib bir miqdar pensiya kapitalı yığırlar ki, işləyə bilmədikləri dönəmdə qayğısız yaşaya bilsinlər. Amma bunun nə dərəcədə real olması şübhəlidir. Pensiya kapitalından yararlana bilmədən vəfat edənlər çoxdur.

Beynəlxalq təcrübədə isə bu nəzərə alınıb və insanlar pensiya kapitalının bir hissəsini sağ ikən istifadə edə bilirlər.

Bəs bu Azərbaycanda da tətbiq oluna bilərmi?

Valyuta.az xəbər verir ki, Millət vəkili Vüqar Bayramov Bizim.Media-ya bu məsələni müzakirəyə çıxardıqlarını bildirib.

“Pensiya kapitalının bir hissəsinin istifadəsi ilə bağlı biz də öz təkliflərimizi irəli sürmüşük. Təbii ki, bununla bağlı uyğun dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı istiqamətdə qərarların veriləcəyi bəlli olacaq. Ümumiyyətlə, biz beynəlxalq təcrübəni nəzərə alaraq, təklif edirik ki, pensiya kapitalının bir hissəsi kommunal xidmətlər, kreditlərin ödənməsi, o cümlədən səhiyyə, təhsil kimi sahələrdə istifadə olunsun. Burada müəyyən limit daxilində istifadədən söhbət gedir”.

Pensiya kapitalının varislərə ötürülməsi

Cəmiyyət arasında hər zaman müzakirə olunan başqa bir məqam da pensiya kapitalının varislərə ötürülməsidir. Deputat bu məsələyə də toxunub:

“Pensiya kapitalının varislərə, xüsusən də əgər vətəndaş qısa zamanda dünyasını dəyişirsə, kapitalını onun varisinə transfer edilməsini də təklif edirik. Buna uyğun olaraq yalnız minimum pensiya kapitalı anlayışı ilə deyil, orta pensiya kapitalı anlayışından da istifadə etməyi təklif edirik. Orta pensiya kapitalında artıq olan vəsaitin bir hissəsinin pensiya yaşı tamam olmadan istifadə edilməsi imkanları yaradılsın. Bu istiqamətdə təkliflərimizin təqdimatı davam edir”.


Pensiyaçıların sayında azalma var

Qeyd edək ki, cari ilin məlumatlarına görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfər olub. bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır. Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.



Chosen
28
2
news24.az

10Sources