EN

Gəncədə ətraf mühiti çirkləndirən 20 nəfər cərimələnib

Gəncədə ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Gəncə Şəhər Baş Polis İdarəsinin  əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı ərazinin məişət tullantıları ilə zibillənməsi halları ilə bağlı 20 nəfər barəsində inzibati qaydada protokol tərtib olunub.

Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Chosen
29
ucnoqta.az

1Sources