EN

Qənirə Ataşovadan "rüşvət" iddialarına CAVAB 

"Aldığım "rüşvətlə" hətta Everestə çıxıb, gəldim".

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova "rüşvət" iddialarına cavab olaraq öz "Instagram" hesabında qeyd edib.

Ataşova Nazilə Səfərlinin onun barəsində səsləndirdiyi "cərrahların siyahısı sifarişlə hazırlanıb, bununla bağlı yazışmalar əlimizdədir" iddialarına ironik yanaşaraq bildirib:

"Nə desəm azdır, pullar göydən yağırdı, yollar qızıldan döşənmişdi, hər tərəf saralıb-solmuşdu... Axırda anladım ki, rüşvət deyilən pul elə payız yarpağı kimiymiş - əlinə almağa çalışırsan, amma külək aparır..."

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz "Instagram" hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia etmişdi.

Ötən gün isə Qənirə Ataşova Azərbaycanda stomatologiya sahəsində də saxta diplomların olduğu barədə iddialar səsləndirib.

Xalidə Gəray
Musavat.com

Chosen
461
musavat.com

1Sources