EN

Çinin telekommunikasiya texnologiyaları şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasının “FiberHome International TechnologiesCo. Ltd.” şirkətinin vitse-prezidenti Jun Zhounun rəhbərlik etdiyinümayəndə heyəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşənÇovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfəredib.

Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə “FiberHomeTelecommunication Technologies Co., Ltd.” şirkəti arasındaəməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraqHoldinqin idarəetməsinə verilən şirkətlərdə rəqəmsal həllər vəmüasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıqimkanlarının müəyyənləşdirilməsi, istehsalatda mövcud texnikiimkanların qiymətləndirilməsi məqsədilə təşkil edilən səfərdəqonaqlar “Çovdar” qızıl mədəni, ÇİRES-də infrastruktur obyektləri,o cümlədən yeni istifadəyə verilmiş Çəndə Qələviləşdirmə Zavodu ilətanış olub, istehsal prosesinin bütün mərhələlərini izləmək imkanıəldə ediblər.

Qonaqlara “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə vəstandartlar əsasında həyata keçirdiyi hasilat və istehsalatfəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlamlığı vətəhlükəsiz əmək şəraitinin təmin olunması sahəsində gördüyü işlərbarədə məlumat verilib. Həmçinin müasir texnologiyaların tətbiqiistiqamətində həyata keçirilmiş tədbirlərdən danışılıb. Məlumatverilib ki, ÇİRES-də yeni istifadəyə verilən Çəndə QələviləşdirməZavodu ən müasir texnologiyalarla təmin edilib, müəssisədəişçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müasir idarəetməsistemi qurulub.

Mədən və istehsalat sahəsi ilə tanışlıqdan sonra tərəflərarasında təşkil edilən görüşdə istehsalat sahəsində 5G şəbəkəninformalaşdırılması, avadanlıq, qurğu və sistemlərə IoT “internet of things” (əşyaların interneti)həllərinin quraşdırılması, SƏTƏM üzrə Smart nəzarət və icrasistemlərinin təkmilləşdirilməsi, əməliyyat-nəzarət bloku vəqeydiyyat cihazlarının inteqrasiyası imkanları müzakirə olunub,müəssisədə texniki qulluq üçün mövcud planlama, öncədən xəbərdarlıqsistemləri dəyərləndirilib. Görüşün yekunu olaraq Çin şirkətitərəfindən Səhmdar Cəmiyyətinin texniki tələbləri və texnolojiehtiyaclarına uyğun təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdimedilməsinə, daha sonra konkret əməkdaşlıq imkanlarının nəzərdənkeçirilməsinə qərar verilib.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FiberHomeTelecommunication Technologies Co., Ltd.” şirkəti Çinin nəhəngtelekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanınən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optikötürmə sistemləri, IP şəbəkələri, məlumat mərkəzləri və müasirşəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu genişməhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsulvə xidmətlərin satışını həyata keçirir.

Çinin
Çinin
Çinin
Çinin
Çinin
Çinin
Chosen
13
11
az.trend.az

10Sources