EN

Voleybolçu qızlardan ibarət millimiz Qaxda EEVZA-ya hazırlaşır - FOTO

Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək 16 yaşadək (U-16) voleybolçu qızlardan ibarət millimiz Qax OİK-də təlim-məşq toplanışı keçir.

İdman.biz xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi məşqlərə 16 idmançı cəlb olunub.

Təlim-məşq toplanışında əsas məqsəd idmançıların fiziki, texniki hazırlığını artırmaq və yarışda iştirak edəcək əsas heyəti seçməkdir.

Qeyd edək ki, Qaxda təşkil olunan təlim-məşq toplanışı noyabrın 17-dək davam edəcək.

İdman.biz

Chosen
13
idman.biz

1Sources