EN

COP29-un Yaşıl Zonasından FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) start verilib.

Paytaxt Bakıda COP29 Sədrliyi tərəfindən Mavi və Yaşıl Zonalar təşkil olunub.

Ümumi ərazisi 37 500 kvadratmetr olan Yaşıl Zonada 500 nəfəri qəbul edəcək dörd konfrans zalı mövcuddur.
 

Hazırda Mavi Zona ilə yanaşı Yaşıl Zonadakı pavilyonlarda, ikitərəfli görüşlər üçün nəzərdə tutulan otaqlarda və konfrans zallarında görüşlər keçirilir.


Qeyd edək ki, Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır. Buranın əsas sakinləri özəl və dövlət sektorları, QHT-lər, media nümayəndələri və gənclərdir.

Bizim.Media Yaşıl Zonadan fotoları təqdim edir:




















Günay Şahmar, Bizim.Media

Chosen
12
1
bizim.media

2Sources