EN

COP29-da iqlim maliyyəsini yaratmaq və onu çatdırmaq yollarına qərar verilməlidir - Mohammed Adov

Bakı, TurkicWorld

Bakının ev sahibliyi etdiyi COP29-da iqlim maliyyəsini yaratmaq və onu çatdırmaq yollarına qərar verilməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində keçirilən "İqlim fəaliyyət şəbəkəsi"nin mətbuat konfransı zamanı şəbəkənin direktoru Mohammed Adov deyib.

O qeyd edib ki, zəngin dünya borclarını ödəmək məsuliyyətindən yayınmaq üçün hər şeyi etdi.

"Planeti çirkləndirməklə qismən zənginləşmiş qlobal azlığın öz məsuliyyətindən yaxa qurtarmasına icazə verə bilmərik. Dünyada iqlim fəlakətlərinin təsirlər artmaqdadır. Və biz mübarizə mexanizmlərimizi aşan ekstremal hava hadisələri ilə sürüklənirik.

İndi, həmrəyliyi genişləndirmədən, ən həssas və ən az məsuliyyətli olanların dəyişikliklərin başında olmasına icazə verə bilməzsiniz. COP29 bunun üçün var. Bu il maliyyə ilidir. Və bu əməkdaşlıq planetin istiqamətini və taleyini həll etmək potensialına malikdir",- deyə o bildirib.

Qeyd edək ki, bu gün COP29 konfransının Yaşıl Zonadakı tədbirlərinə start verilib.

Xatırladaq ki, noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
20
5
turkic.world

10Sources