EN

Hakimə hücum edən klub prezidenti haqda qərar açıqlandı

style='margin-bottom:10px;'>

“Ankaragücü”nün türkiyəli referi Halil Umut Melere hücum edən keçmiş prezidenti Faruk Kocanın məhkəməsi ilə bağlı yekun qərar açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

F.Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb. Bundan əlavə, ona digər cinayətlərə görə verilən cəzaların elanının təxirə salınması haqda qərar qəbul edilib.

F.koca ötən mövsüm Türkiyə Superliqasının 15-ci turunda "Rizesppor"la oyundan (1:1) sonra idarəçilikdən narazı qalaraq hakim Halil Umut Meleri yumruqla vurmuşdu.  Həmin matçdan sonra istefa verən klub rəhbərinin məhkəməsi 1 il idi ki, davam edirdi. 

Chosen
46
teleqraf.com

1Sources