Türkiyənin məşhur serialı “Kızılcık Şerbeti”də Giray obrazını canlandıran Kaan Taşaner layihədən ayrılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun serialı tərk etməsi pərəstişkarlarının çaşqınlığına səbəb olub.
Lakin məşhur aktyor bu qərarından çox razıdır. O, açıqlaması zamanı hətta seriala çəkildiyi üçün peşman olduğunu da dilə gətirib.
2-ci mövsümün sonlarından etibarən layihəyə qatılan aktyor gedişatın onun istədiyi kimi olmadığını vurğulayıb: “Düşünürəm ki, belə daha yaxşıdır. Ssenariləri oxumağa davam edəcəyəm. Süddən ağzı yanan qatığı üfürərək yeyər”.
Qeyd edək ki, bir müddət öncə serialda “Giray” obrazını canlandıran Kaan Taşaner ilə yanaşı “Heves” obrazına həyat verən Şebnem Dönmezin də layihədən ayrılması ilə bağlı xəbərlər yayılmışdı.
Məlumata görə, buna səbəb izləyicilərin Giray ilə Heves arasındakı münasibətdən Türkiyənin Radio və Televiziya Şurasına şikayət etməsi və kanalın daha bir “RTÜK” cəzasına dözə bilmədiyi üçün ssenaridə dəyişiklik etməsidir.