EN

İqlim dəyişikliyi bütün dünyanı narahat edən bir problemdir - Zambialı qonaq

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz - COP29 konfransında iştirak edən Zambialı qonaq Maykl Kalitodur.

Milli.Az xəbər verir ki, M.Kalito COP29 çərçivəsində Trend-ə açıqlamsında bildirib ki, iqlim dəyişikliyi bütün dünyanı narahat edən, bütün insanları düşündürən bir problemdir.

O qeyd edib ki, Afrika təbii fəlakətlərdən, daşqınlardan əziyyət çəkir.

"Bu problemlərin həll edilməsi üçün liderlər bir araya gəlməli və müzakirələr aparmalıdır. Hesab edirəm ki, COP29 burada olan hər kəs üçün çox böyük bir imkandır ki, dünyamızı narahat edən problemlərlə bağlı müzakirələr aparsın, öz fikirlərini çatdırslnlar. Azərbaycan bu konfransa ev sahibliyi etməklə qlobal müstəvidə mühüm töhfə vermiş olur", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Chosen
16
12
milli.az

10Sources