7NEWS.az xəbər verir ki, dünyanın bir çox regionları dağıdıcı münaqişələrdən aktiv şəkildə təsirlənir. Müharibələr zənginlər və macəra axtaranlar üçün əyləncənin yeni formasına çevrildi. "Qaranlıq turizm” adlanan yeni tendensiya döyüş meydanlarını turistik məkana çevirir. Bəşər tarixində faciəli hadisələrin, fəlakətlərin və dəhşətli yaraların qaldığı nöqtələri araşdıran turlara tələbat yüksəkdir. Xüsusilə ağır bombardmanlara məruz qalan Ukrayna və İsrailin Qəzza sərhədi ən çox diqqət çəkən bölgələr arasındadır.