EN

Pakistan ölkənin cənub-qərbində qatar xidmətlərini dayandırıb

Pakistan qatar stansiyasında baş verən partlayışdan sonra ölkənin cənub-qərbində qatarların hərəkəti təhlükəsizlik səbəbi ilə dörd gün müddətinə dayandırılacaq.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bununla bağlı Pakistan Dəmir Yolları açıqlama yayıb.

Qeyd edək ki, qatar xidmətləri Bəlucistan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Hər gün yüzlərlə insan Kvettadan ölkənin digər bölgələrinə səyahət edir. Qatarlar həmçinin ərzaq və digər əşyaları da daşıyır. Neft və minerallarla zəngin Bəlucistan Pakistanın ən böyük, eyni zamanda ən az məskunlaşan əyalətidir. 

Gülşən Şərif

Chosen
26
bakivaxti.az

1Sources