EN

COP for Hope: Kiçik ada dövlətləri COP29-da maliyyələşdirmə məsələlərinin təcili həllini tələb edir – Antiqua və Barbudadan baxış (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Antiqua və Barbudanıniqlim məsələləri üzrə səfiri Ruleta KamaçoTomasdır.

O, inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iddialı qloballiderliyin və əhəmiyyətli maliyyə dəstəyinin kritik əhəmiyyətinivurğulayıb.

Səfir Antiqua və Barbuda kimi kiçik ada dövlətləri üçün iqlimdəyişikliyinin ağır nəticələrinə diqqət çəkərək, beynəlxalqictimaiyyəti həssas ölkələrə yardım öhdəliyini təsdiqləməyəçağırıb.

"Biz gözləyirik ki, iqlim dəyişikliyi ilə bağlı qlobal liderlikəvvəlki kimi iddialı və təsirli qalacaq. Xüsusilə inkişaf etməkdəolan kiçik ada dövlətlərinə təsirinə gəldikdə, dünya liderlərininqarşılaşdığımız risk səviyyəsini azaltmağa kömək etmək əzminitəsdiqləməyə ümid edirik ", — o bildirib.

Antiqua və Barbuda üçün ən kəskin problemlərdən biri haqqındadanışan səfir iqlim dəyişikliyinə uyğunlaşmanınmaliyyələşdirilməsinin vacibliyini vurğulayıb.

"Uyğunlaşmanın maliyyələşdirilməsi bizim üçün son dərəcəvacibdir. İqlim dəyişdikcə risklərimiz yalnız artır", — o izahedib.

Səfir qeyd edib ki, suyun temperaturunun 30 fut dərinlikdə artıq30 dərəcə Selsiyə çatması mərcanların kütləvi ağarmasına səbəbolub. Bu, ölkənin turizm sənayesini dəstəkləyən ekosistemləritəhdid edir və insanların sağlamlığına təhlükə yaradır, çünkihəddindən artıq istilik əlavə risklər törədir.

“Biz hələ insanlara olan təsirdən danışmırıq, yüksək temperaturxəstəlikləri artırır və ölkənin inkişafına əlavə çətinlikləryaradır. İnkişaf məqsədlərinə yönəldilmiş maliyyəni iqlimdəyişikliyinə cavab vermək üçün istifadə etmək məcburiyyətindəyikvə bu, borc və böhranlarla dolu bir dövrəyə çevrilir”, - o qeydedib.

R.Tomas iqlim dəyişikliyinin yaratdığı maliyyə problemlərininhəlli üçün kreditlərdən deyil, qrant alətlərindən istifadə etməyəçağırıb,

"Kreditlər bizə kömək etməyəcək. Bizə iqlim defisitindən çıxmağakömək edəcək qrant alətləri lazımdır", - o vurğulayıb.

Səfir böyük ölkələri və emissiya mənbələrini real addımlaratmağa və hesabatlı olmağa çağırıb.

"Biz onların öhdəliklərinin yerinə yetirilməsini vəemissiyaların azaldılması üzrə real addımlar görmək istəyirik.Qalıq yanacaq istifadəsi azaldılmasa, kiçik ada dövlətləri iqlimdəyişikliyinin nəticələrindən əziyyət çəkməyə davam edəcək", — deyəo qeyd edib.

O, həmçinin, COP29-un təşkilində Azərbaycanın rolunudəstəkləyərək, ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyiniyüksək qiymətləndirib.

"Konfransı keçirdiyiniz üçün sizinlə fəxr edirik. Bu, göstərirki, siz bu problemə öz töhfənizi vermək üçün çalışırsınız", —səfirbildirib.

Səfir Azərbaycanı və digər ölkələri qalıq yanacaqdan imtinaetmək üçün innovasiya və texnologiyalardan istifadə etməyəçağırıb.

"Bunu həyata keçirmək üçün çoxlu yeniliklərə, insanyaradıcılığına və texnologiyalara ehtiyac olacaq. Ancaq buproblemin olduğunu qəbul etməklə doğru addım atmısınız və buna görəsizinlə çox fəxr edirik", — Ruleta Kamaço Tomas sonda bildirib.

Məqalədə:
Chosen
64
4
az.trend.az

5Sources