"Gəncə şəhərin Gülüstan yaşayış massivində, Aydın Nəbiyev küçəsində asfalt yolda çökmə baş verib".
Bu məlumat Gəncə Şəhər İcra Hakimiyyətindən verilib.
"Sözügedən ərazidə bir müddət əvvəl "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində içməli su və çirkab su xətləri yenilənib. İşlər yekunlaşdıqdan sonra isə yol asfaltlanıb. Hazırda çökmüş yolun asfalt örtüyünün bərpa edilməsi istiqamətində işlər aparılır", - deyə məlumatda bildirilir.
(oxu.az)
***
Gəncədə avtomobil yollarından biri çöküb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsində qeydə alınıb.
Belə ki, küçənin bir hissəsi tamamilə çöküb.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl bu əraziyə su və kanalizasiya xətti çəkilib, ardından qazılan yerə asfalt örtüyü döşənib. Lakin sonradan asfalt örtüyünün müəyyən hissəsi çöküb.
Ərazidə hadisənin baş verməsi ilə bağlı xəbərdaredici nişanlar quraşdırılmayıb.