Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampla telefon danışığının və bu mövzuda heç bir planının olmadığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.
Peskov "The Washington Post"un "ABŞ-nin yeni seçilmiş prezidenti Trampın Putinlə telefon danışığı olub və Rusiya-Ukrayna müharibəsində gərginliyi azaltmağa çağırıb" xəbərini təkzib edərək, "Belə bir görüş olmayıb. Bu məlumat fakta əsaslanmır, Bu uydurmadır, bu yalan məlumatdır" deyib.
“Putinin Trampa zəng etməyi planlaşdırırmı?” sualına Peskov “Bununla bağlı heç bir plan yoxdur” cavabını verib.
Putinin Qərb liderləri ilə əlaqə saxlamağı planlaşdırmadığını deyən Peskov, bu mövzuda heç bir siqnal almadıqlarını, lakin buna açıq olduqlarını bildirib.
Avropa ölkələrinin “Rusiyanın strateji məğlubiyyəti” istiqamətində hərəkət etməyə davam etdiyinə diqqət çəkən Peskov, Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı” davam etdirdiyini bildirib.
Mətbuat katibi Peskov bildirib ki, Tramp ABŞ prezidenti seçildikdən sonra Avropada gərginlik və qorxu müşahidə olunub.