"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim Erik ten Haqın istefasından sonra komandaya müvəqqəti rəhbərlik etmiş Rud van Nistelroyun klubundakı gələcəyi barədə danışıb.
Publika.az xəbər verir ki, Amorimin sözlərini “The Athletic” sitat gətirib.
“Klubun əfsanəsinə gəlincə, o, əla iş gördü. Onunla danışmalı olacam. Onda sizə işlərin necə olduğunu çox aydın şəkildə söyləyəcəyəm. Gəlin sabaha qədər gözləyək”, - deyə Amorim bildirib.
Van Nistelroyun rəhbərliyi altında “Mançester Yunayted” bütün turnirlərdə 4 oyun keçirib, 3-də qalib gəlib, bir dəfə heç-heçə edib.