EN

Yalnız bu vərdişdən imtina İNSULTun riskini 30% azaldır

Dünyanın müxtəlif ölkələrində aparılmış araşdırmalar göstərib ki, siqaret çəkən insanlarda aritmiyanın inkişafı və insultun riski siqaret çəkməyənlərlə müqayisədə xeyli yüksəkdir. Siqaret çəkmək insultun əsas risk faktorlarından biri sayılır.  

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, koreyalı alimlər yeni araşdırma zamanı siqaretdən imtina edən insanlarda insultun riskini araşdırıblar.

Mütəxəssislər 3 il ərzində yarım milyon insanın sağlamlıq vəziyyətinə nəzarət edirdilər. Məlum olub ki, siqaretdən imtina edəndən sonra insultun riski 30% azalır.  

Həmçinin alimlər vurğulayıb ki, heç vaxt siqaret çəkməyən insanlarda insultun riski bu vərdişdən imtina edənlərlə müqayisədə daha aşağıdır.

Chosen
31
turanpress.com

1Sources