EN

"COP29 İmicimizi Gücləndirəcək" - TƏHLİL

Siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu News365.az-a açıqlama verərək, 2024-cü ildə Azərbaycanda keçirilən COP29 İqlim Sammitinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu tədbir Azərbaycanın beynəlxalq aləmdəki imicini daha da gücləndirəcək, lakin bu prosesdə qarşıya çıxan qərəzli ittihamlar və əsassız hücumlar ciddi narahatlıq doğurur.


Mirbəşir oğlu bildirib ki, COP29 ərəfəsində Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməyə başlanıb. "Tədbirin keçirilməsi ilə əlaqədar olaraq, ölkəmizə qarşı ciddi və əsasız iddialar irəli sürüldü. Bir çox hallarda, COP29 ilə heç bir əlaqəsi olmayan məsələlər üzərində, Azərbaycana qarşı sistemli hücumlar təşkil olundu. Bu da, aydın şəkildə göstərdi ki, Azərbaycanın beynəlxalq aləmdə müstəqil mövqe sərgiləməsi bir çox qüvvələr tərəfindən narazılıqla qarşılanır," – deyə o, qeyd edib.

Siyasi analitik, Azərbaycanın müstəqil siyasət yeritməsinin vacibliyini də vurğulayıb: "Azərbaycan, müstəqil öz milli maraqları çərçivəsində siyasət həyata keçirmək iradəsinə sahib olan nadir ölkələrdəndir. Qərb siyasi dairələri, öz milli maraqlarına zidd olan, müstəqil siyasət yeridən ölkələrə qarşı təzyiqlərini artırır. Bu, Azərbaycanın da qarşılaşdığı bir həqiqətdir. Amma biz müstəqil siyasətimizi davam etdirəcəyik və bu, ölkəmizin güclü mövqeyini qorumasına kömək edəcək."

O, həmçinin qeyd edib ki, Azərbaycanın Qafqaz bölgəsindəki yeni siyasi konfiqurasiyası və beynəlxalq aləmdəki rolu, ölkəmizin gələcəkdə daha da qüdrətlənəcəyini göstərir. "Bu dəyişikliklər, Azərbaycanın yalnız regionda deyil, dünya səhnəsində də mühüm rol oynamasına imkan verəcək," – deyə o, əlavə edib.

Chosen
33
news365.az

1Sources