11.11.2024-cü il tarixində, "Türk Dövlətlərinin Milli ağaclandırma günü" ilə əlaqədar olaraq "Gələcəyə nəfəs ol" devizi altında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil olan Beyləqan rayon ərazisində, 9saylı RMTM -nin 5 saylı meşəbəyliyinin 4 saylı dolayının 9 -cu kvartalında 6 ha ərazidə 9 saylı RETSİ, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əzziz Əzizovun, 9 saylı RMTM, rayon icra nümayəndəliklər, bələdiyyələrin həmçinin digər idarə müəssisə və təşkilatların, KİV nümayəndələri və könüllü şəxlərin iştirakı ilə ümumilikdə 350 nəfərdən çox şəxsin iştirakı ilə 10000 ədəd müxtəlif cinsli ağaclar əkilmiş və 300 kq palıd toxumu səpilmişdir.
Ekologiya.az bildirir ki ağaclara aqrotexniki qulluq göstərilərək suvarılması həyata keçirilib.