EN

COP29-un ilk günündə Mavi Zona tədbirləri yekunlaşdı - FOTO - VİDEO (YENİLƏNİB)

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri yekunlaşdı.

Avtosfer.az bildirir ki, sonuncu tədbir MENA (Middle East and North Africa - Yaxın Şərq və Şimali Afrika) regionunda iddialı və həyata keçirilə bilən Milli Müəyyən edilmiş Töhfələrin işə salınmasına həsr olunmuşdu.

18:47

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

Hazırda UNFCCC-nin tədbirində Paris Sazişinin kredit mexanizmi ilə karbon bazarlarında dürüstlüyün inkişafı müzakirə olunur.

17:39

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta mətbuat konfransı keçirir:

Xilasetmə Hərəkatının tədbirində 33 şəhərin Paris Sazişinə Bitki Əsaslı Müqavilənin əlavə edilməsini istəməsi müzakirə edilir:

16:03

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

AOSED (Sosial-İqtisadi İnkişaf Təşkilatı) COP29 və MVC (Ən Həssas Ölkə) tələblərini müzakirə edir. Tədbirdə "Paris Sazişinin həyata keçirilməsi və ən həssas ölkələr üçün iqlim maliyyəsinin ədalətli və qanuni şəkildə bölüşdürülməsini təmin etmək" müzakirə olunur.

COP29, CMP 19 və CMA 6-nın açılışı başa çatdıqdan sonra SBSTA 61 və SBI 61-in 1-ci plenar iclasları başlayıb:

İqlim Mərkəzi keçirdiyi tədbirdə Kaliforniyada avtomobildən şəbəkəyə inteqrasiya - 100% təmiz enerji əldə etməyin təməlini müzakirə edib.

15:26

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

TAPP Koalisiyasının tədbirində COP28 Ərzaq Bəyannaməsi (160 ölkənin Milli Müəyyən edilmiş Töhfələri) və gizli ərzaq xərcləri, fiskal tədbirlər və istixana qazları emissiyasının qiymətləri üzrə yeni FAO SOFA 2024 hesabatının təhlili aparılır:

COP29-un təntənəli açılışının ardınca Kioto Sazişi Tərəflərinin Konfransının (CMP), eləcə də Rəqabət və Bazarlar Təşkilatının (CMA) müzakirələri keçirilir:

UNFCCC Dilinin deşifrə edilməsi tədbirində üç ekspert iştirak edəcək.

Paralel keçirilən tədbirdə kənd təsərrüfatı sisteminin transformasiyası üçün şəffaflıq müzakirə olunur.

"Cavab tədbirlərinin həyata keçirilməsinin təsirlərini qiymətləndirmək və təhlil etmək səyləri haqqında hesabat və məlumatlandırma sahəsində təcrübə və qabaqcıl təcrübələrin paylaşılması" mövzusunda texniki tədbir isə mandatlı görüşlər siyahısındandır:

14:49

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

Ümumdünya Meteorologiya Təşkilatı 2024-cü il üzrə iqlim vəziyyətini açıqlayır:

"Greenpeace" təşkilatının tədbirində isə ABŞ-dəki prezident seçkisindən sonra COP29-dan gözləntilər müzakirə mövzusudur:

Paralel olaraq Bioloji Müxtəliflik Mərkəzinin tədbirində iqlim dəyişikliklərinə qarşı mübarizədə maliyyələşdirmənin vacibliyi vurğulanır:

13:42

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

Enerji, Ekologiya və İnkişaf Mərkəzinin (CEED - Center for Energy, Ecology and Development) tədbirində enerji keçidi müzakirə olunur.

Paralel keçirilən tədbirdə isə "Dəyişiklik katalizatorları: Mədəniyyət və yaradıcı sənayelər iqlimin transformasiyasına və innovasiyasına necə kömək edir" mövzusunda fikir mübadiləsi aparılır.

13:21

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

Hazırda Gənclər üçün oriyentasiya sessiyası keçirilir.

Həmçinin, paralel olaraq, digər tədbirlər davam edir.

"LCIPP: Çox maraqlı tərəflərin dialoqu" - Mandatlı tədbiri:

Yer haqqında məlumat günü 2024 - Mandatlı tədbiri:

"ICLEI: Şəhərlər və regionlar sürətləndirilmiş, çoxsəviyyəli iqlim planları, fəaliyyət və maliyyə tələb edir" tədbiri keçirilir:

Beynəlxalq İqlim Fəaliyyət Şəbəkəsinin (Climate Action Network International) tədbiri də davam edir.

12:33

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zona tədbirləri davam edir.

COP29-un açılış mərasimi ilə paralel olaraq ABŞ-nin Vanderbilt Universitetinin tədbiri keçirilib və iqlim dəyişiklikləri məsələsinin təhsil və elmlə əlaqələndirilməsi müzakirə edilib.

Bundan bir qədər sonra İqlim Fəaliyyət Şəbəkəsinin (Climate Action Network) müzakirələri keçirilib.

Banqladeşin "COAST Trust" təşkilatının tədbirində isə fəlakət nəticəsində məcburi köçkünlük riski altında olan insanların hüquqlarının təminindən danışılıb.

11:06

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

"İqlim Ədalətini Tələb Etmək üçün Qlobal Kampaniya (DCJ)" mövzusunda tədbir başa çatıb. Hazırda COP29-un rəsmi açılış mərasiminə start verilir.

10:30

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

"Coshare Environment: İqlim dəyişikliyi və mədəni irsin qorunması üzrə submilli fəaliyyət" mövzusu müzakirə edilib.

Hazırda "İqlim Ədalətini Tələb Etmək üçün Qlobal Kampaniya (DCJ)" mövzusunda tədbir keçirilir.

09:42

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

İlk tədbirlər Mavi Zonada start götürüb.

Konfrans "La Ruta del Clima: Zərər və ziyan, təzminat və iqlim borcunun həlli: İnsan hüquqları öhdəliyi, xeyriyyəçilik deyil!" tədbiri ilə başlayıb.

Hazırda "USCAN: Ehtimal edilən COP nəticələrinə yerli xalqların baxışı" mövzusunda müzakirə aparılır.

Chosen
13
32
avtosfer.az

10Sources