UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Makkabi Təl-Əviv" matçının keçiriləcəyi yer bəlli olub.
"Operativ Media" Türkiyə təmsilçisinin saytına istinadən xəbər verir ki, görüş Macarıstanın Debretsen şəhərinin "Nagyerdei" stadionunda baş tutacaq.
Görüşün azarkeşsiz keçirilməsinə qərar verilib.