FIFA-nın prezidenti Canni İnfantino BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Prosport.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və digər rəsmi şəxslər qarşılayıblar.