Gürcüstanın paytaxtı Tbilisidə müxalifət partiyalarının nümayəndələri və tərəfdarları oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə qarşı parlament binası yaxınlığında növbəti dəfə aksiya keçiriblər.Bu barədə TASS məlumat yayıb.
Etirazçılar Rustaveli prospektində nəqliyyatın hərəkətini bağlayıblar.Onların əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarının olduğu bildirilib.
www.anews.az