Amin Adli hazırkı komandasında daha uzun müddət oynamaq şansına malikdi.
“Bayer-04” futbolçusu ilə müqaviləni yeniləyib. Leverkuzen klubunun mətbuat xidmətinin məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2028-ci ilin yayınadək uzadılıb.
Adli Almaniyanın son çempionu olan “Bayer-04”də 2021-ci ildən çıxış edir. O, bu mövsüm komandada 12 oyun keçirib.