EN

Taliblər Bakıya gəldi

Əfqanıstandan olan nümayəndə heyəti COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlib.

Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, Əfqanıstan nümayəndələri 2021-ci ildə "Taliban"ın hakimiyyətə gəlişindən sonra ilk dəfədir ki, belə bir tədbirdə iştirak edirlər.

Nümayəndə heyətinə ətraf mühitin mühafizəsi üzrə məsul qurumun rəhbəri Matuil Haq Hali başçılıq edib və o bildirib ki, Əfqanıstan qlobal istiləşmədən ən çox zərər çəkən ölkələrdən biridir.

Onun sözlərinə görə, Əfqanıstanın iqlim dəyişikliyinin nəticələrinin - quraqlıq və daşqınların öhdəsindən gəlmək üçün dəstəyə ehtiyacı var. O, danışıqlara dəvətə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Chosen
15
3
bakivaxti.az

5Sources