EN

Küveyt Dövlətinin Vəliəhdi Azərbaycana səfərə gəlib

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, ötən ay Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov iki ölkə arasında təhsil, ədliyyə, kənd təsərrüfatı, mədəniyyət və idman kimi sahələrdə əməkdaşlığa dair müqavilələrin bağlanılmasının gözlənildiyini bildirmişdi.

Chosen
23
12
operativmedia.az

6Sources