EN

Xələf Xələfov: Xəzərin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli Konvensiyanın daimi katibliyi yaradılmalıdır

İlk növbədə Xəzər dənizinin ekoloji vəziyyətinə nəzarət edən çoxtərəfli Konvensiyanın daimi katibliyinin formalaşması aktual məsələ olaraq qalır. İndi o katiblik funksiyasını BMT-nin təşkilatı həyata keçirir. Amma təbii ki, katiblik Xəzəryanı ölkələrin birinə keçməlidir.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov deyib.

O hesab edir ki, Xəzəryanı ölkələr o Katibliyin işini təkmilləşdirməlidirlər. Xəzərin ekoloji problemlərinə daha çox diqqət yetirilməlidir.

"Ən başlıca məsələlərdən biri də odur ki, Xəzər dənizinin kənardan çirklənməsi aradan qaldırılmalıdır. Xəzər dənizinə tökülən su hövzələrinin problemlərinə daha yaxından baxılmalıdır. Buna diqaət və qayğı göstərilməlidir. Xəzər dənizinə o qədər də çoxsaylı çaylar tökülmür. Ural çayı, Volqa çayı, Kür çayıdır. Bütün bu çaylarda da ekoloji problemlər var. Kür çayının da səviyyəsi düşməkdə davam edir.", - deyə o bildirib.

Chosen
19
1
apa.az

2Sources