EN

Azərbaycana hücumlar dayanmır: düşmən yatmayıb

Qarabağda ağır məğlubiyyət alan, işğal olunmuş torpaqlarımız kimi “çörək” əlindən çıxan ermənilər, xaricdə Azərbaycana qarşı kampaniyalara davam edirlər. Tribunainfo.az xəbər verir ki, bu prosesdə təkcə erməni diasporası deyil, həm də Qərbdəki havadarları da ciddi dəctək verirlər.

Bildirək ki, davamlı şəkil alan bu hücumlara dünəndən Freedom House, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), beynəlxalq cinayətlərin təhqiqatı üzrə ixtisaslaşmış Ukrayna təşkilatı, bir neçə erməni və aparıcı insan haqları təşkilatları da qoşulublar. Onlar “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı qondarma “hesabat” yayıblar.

Bu düşmən ordusu həmin “hesabat”da iddia edirlər ki, guya, Azərbaycan Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” edib və “soyqırım aktı” törədib.

Qeyd edək ki, “İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq” (IPHR) təşkilatının Cənubi Qafqaz üzrə direktoru Simon Papuaşvili bu barədə danışaraq bildirib ki, bununla bağlı beynəlxalq cinayət məhkəməsinə müraciət etmək niyyətindədirlər.

P.S. Yel qayadan bir şey apara bilməz. İndi bu Donki Xotlar yel dəyirmanı ilə döyüşdükləri kimi, yollarına davam edirlər. Azərbaycan isə onların qarşısında qaya kimi dayanıb və edilən bu cəhdlərə ciddi olmaması səbəbindən əhəmiyyət belə vermir. Yəni, deyinmək və aya hürmək onlara qalacaq.

Lakin bu hadisələr, həm də onu göstərir ki, düşmən yatmayıb. Hər zaman hansısa təxribata və irəncliyə əl ata bilər. Ona görə də, tədbirli olmaq, bu mənasız və yalançılar “ordusu”a lazım olan cavabı verməlidir.

Chosen
22
tribunainfo.az

1Sources