EN

Yığmamızın müdafiəçisi: Həm qəhrəman, həm antiqəhrəman - VİDEO

Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" bu turda "İnçhon Yunayted"in qonağı olub və 2:1 qalib gəlib.

Krivotsyuk bu görüşə start heyətdə meydana daxil olub. O, 15-ci dəqiqədə qol vurub.

Görüşün 90+1 və 90+3-cü dəqiqələrində isə sarı vərəqələr alaraq meydandan qovulub.

“Daejeon” hazırda 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Chosen
24
sportinfo.az

1Sources