EN

Qəzzada atəşkəs dayandırılacaq

Girovlarının azad edilməsi üçün Qəzza zolağında humanitar atəşkəs noyabrın 24-dək təxirə salınacaq. Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik Şurasındakı mənbə CNN-ə bildirib. Qeyd olunub ki, hərbi əməliyyatların dayandırılması “kifayət qədər kiçik icra detalları” səbəbindən gecikdirilir. Digər rəsmi CNN-ə bildirib ki, gecikmənin səbəbi İsrailin HƏMAS-ın azad edəcəyi ilk girovların adlarını hələ də almamasıdır. İsrail mediası yazır ki, nə İsrail, nə də HƏMAS girovları azad etmək üçün yazılı razılaşma imzalayıb. Qətər Xarici İşlər Nazirliyi isə atəşkəsin vaxtının yaxın saatlarda açıqlanacağı barədə məlumat yayıb. Dünən İsrailin baş naziri Benyamin Netanyahu sazişin tezliklə qüvvəyə minəcəyini bildirib. HƏMAS və İsrail girov mübadiləsi əsasında Qəzza zolağında 4 günlük atəşkəsə razılaşıb. Hər 10 nəfərlik girov qrupunun azad edilməsindən sonra İsrailin atəşkəsi 24 saat uzadacağı planlaşdırılır. Gununsesi.info

Chosen
30
50
gununsesi.info

10Sources