İsrailin strateji inkişaf naziri Ron Dermer bazar günü Florida ştatının Mar-a-Laqo şəhərində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən bildirib.
Nəşrin yazdığına görə, israilli nazirin səfərinin məqsədi Netanyahudan Trampa mesajlar çatdırmaq olub.
Amerika rəsmisi "Axios"a bildirib ki, görüş zamanı Dermer ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimindən əvvəl hansı məsələləri həll etmək istədiyi və hansı problemlərin həllini gözləməyə üstünlük verəcəyini də aydınlaşdırmağa çalışıb.
Rəna, Bizim.Media