Ukrayna lideri Vladimir Zelenski indiki beynəlxalq siyasi şəraitdə artıq özü üçün sığınacaq axtarmağa başlamalıdır. Bunu Rusiya mediasına açıqlamasında türkiyəli analitik Mustafa Rəcəb Erçin deyib.
"Zelenski artıq özü üçün ölkə axtarmağa başlaya bilər",- o, qeyd edib.
Analitik diqqəti iqtisadi cəhətdən ən çox inkişaf etmiş Avropa İttifaqı (Aİ) ölkələrinin - Almaniya, Fransa və İtaliyanın daxili problemlərdə “batağa batdığına” və ABŞ seçkilərində qalib gələn Donald Trampın administrasiyasını formalaşdırmağa hazırlaşdığına yönəldib.
Ekspert xüsusi olaraq vurğulayıb ki, Ukrayna münaqişəsi sona doğru gedir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural