EN

“The New York Times” COP29 günlərində ABŞ-ın laqeyidliyindən gileyləndi

 “Bazar ertəsi Azərbaycanın paytaxtı Bakıda qlobal iqlim sammitinə toplaşan dünya liderləri acı reallıqla üz-üzədir. Atmosferə ən çox istixana qazları atan ölkə olan ABŞ-ın tezliklə iqlimə qarşı mübarizədən çəkiləcəyi gözlənilir. Çünki, Donald Tramp seçki öncəsi bəyan etmişdi ki, ABŞ-ı  2015-ci ildə COP-la bağlı imzalanmış Paris sazişindən çıxarmaq niyyətindədir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın məşhur “The New York Times” nəşri yazır. Nəşr daha sonra qeyd edir ki, əgər ABŞ Paris sazişindən çıxsa bu o deməkdir ki, Birləşmiş Ştatlar istixana qazlarının azaldılması ilə bağlı öhdəliyindən imtina edəcək:

“Bu, həm də o deməkdir ki, dünyanın ən varlı ölkəsi qlobal istiləşməyə səbəb olmaq üçün çox az iş görən bir dövlət olmaqla yanaşı, getdikcə şiddətlənən iqlim fəlakətlərinin öhdəsindən gələ bilməyən yoxsul ölkələrə maliyyə yardımından da imtina edə bilər.

Halbuki, yoxsul və inkişaf etməkdə olan ölkələr üçün maliyyə yardımı COP29 tədbirinin əsas məqsədlərindən biridir. Və BMT bütün aparıcı dövlətləri Bakıda bir daha bu nəcib təşəbbüsə qoşulmağa çağırır”.

Surxay Atakişiyev, Bizim.Media

 

Chosen
5
36
bizim.media

10Sources