Noyabrın 11-də Tbilisi Şəhər Məhkəməsində Gürcüstanda Bakının sorğusu əsasında həbs edilmiş Azel.tv saytının rəhbəri Əfqan Sadıqovun şikayəti üzrə hazırlıq iclası keçirilib. O, bu ölkədən ona sığınacaq verilməsində imtina ilə bağlı şikayət verib.
Jurnalistin həyat yoldaşı Sevinc Sadıqovanın Turan-a verdiyi məlumata görə, Əfqan həbsdə uzun müddətdir aclıq etdiyinə görə səhhətinin pisləşməsi ilə əlaqədar məhkəməyə gətirilməyib. O qeyd edib ki, həyat yoldaşı 53 gündür aclıq edir və 30 kq arıqlayıb.
Məhkəmə mahiyyəti üzrə dinləmələri noyabrın 15-nə təyin edib.
* Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. İyulda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana qayıda biləcəyi bildirilib.
Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir.
Oktyabrın 8-də aclıq nəticəsində onun vəziyyəti pisləşib və o, Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsinə köçürülüb.