EN

Azərbaycan XİN rəhbəri: Ermənistanın COP29-da iştirak etməməsi itirilmiş fürsətdir

Azərbaycan COP-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, Ermənistana da dəvət göndərib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar iştirak etməyiblər. Düşünürük ki, bu, onlar üçün itirilmiş fürsətdir".

Chosen
17
41
apa.az

10Sources