COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun.
7Times.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.
Prezident onu da vurğulayıb ki, demək olar, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib olub: “Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.