EN

Aşağı gəlirli ölkələrin iqlim maliyyəsinə ehtiyacı var - Reyçel Kletus

Bakı. Trend:

Aşağı gəlirli ölkələrin iqlim maliyyəsinə ehtiyacı var.

Trend xəbərverir ki, bunu Maraqlı Alimlər İttifaqının iqlim və enerji siyasətiüzrə direktoru Reyçel Klitus COP29-da keçirilən mətbuatkonfransında bildirib.

“COP29-da əsas məsələlərdən biri iqlimin maliyyələşdirilməsidirki, bu da aşağı gəlirli ölkələrin təmiz enerjiyə sürətli vəədalətli keçidə nail olmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq və itkivə zərəri aradan qaldırmaq üçün təcili olaraq ehtiyac duyur”, - obildirib.

O, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG)üzrə 1 trilyon dollara qədər olan razılaşmanın əldə edilməsininvacibliyini vurğulayıb.

"ABŞ kimi yüksək emissiya edən ölkələrin bu məsələdə liderliketməsi ədalətli olardı. Bununla belə, töhfə verə biləcək digərdövlətlərin də töhfəsi alqışlanmalıdır", - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
17
2
az.trend.az

3Sources