EN

"Yaşıl" hidrogenin tranzit imkanlarını araşdırmağa dəyər - Levan Davitaşvili

"Yaşıl" hidrogenin tranzit imkanlarını araşdırmağa dəyər.

Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündə bildirib.

"Cənubi Qafqaz bərpa olunan resurslarla zəngindir və Mərkəzi Asiyanı da bu prosesə inteqrasiya edə bilsək, burada böyük potensial görünür. Artıq "yaşıl" hidrogen sahəsində konkret layihələrin irəlilədiyini bilirəm. Biz "yaşıl" hidrogen istehsal edə və mövcud marşrutlarla onu nəql edə bilərik.

Mövcud boru kəməri infrastrukturundan da istifadə edərək, bu imkanları araşdırmaq olar. Mütəxəssislərin fikrincə, belə imkanlar nəzərdən keçirilə bilər və mövcud infrastrukturu istifadə edərək, "yaşıl" hidrogenin çatdırılmasını sürətləndirə bilər, bundan sonra layihəni genişləndirmək və əlavə infrastruktura investisiya qoymaq mümkün olacaq.

Beləliklə, bu mərhələdə "yaşıl" hidrogenin tranziti tamamilə real və rəqabətədavamlı görünür", - o qeyd edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
2
olaylar.az

3Sources