EN

Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib - Saymon Stil

Bakı. Trend:

Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik başverib.

Trend xəbər verir ki, bunuBMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil Bakıdakeçirilən İqlim dəyişmələri ilə mübarizə üzrə Dünya LiderlərininSammitinin açılışında bildirib.

"Əvvəllər iqlim dəyişikliyinə qarşı tədbirlərin, əsasən, gələcəknəsillərin xilasına yönəldiyindən danışırdıq. Lakin iqlim böhranıilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib. Çünki iqlim böhranısürətlə iqtisadiyyatların "qatilinə" çevrilir. İndi, bu gün,hazırkı siyasi dövrdə. İqlim dəyişikliklərinin nəticələri bir çoxölkələrin ÜDM-nin 5 faizinə qədər azalmasına səbəb olur. İqlimböhranı yaşayış xərcləri böhranıdır. Çünki iqlim fəlakətləri evtəsərrüfatlarının və müəssisələrin xərclərinin artmasına gətiribçıxarır", — BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi SaymonStil bildirib.

O qeyd edib ki, bütün ölkələr daha cəsarətli tədbirlər görməzsə,iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanın partlayışınasəbəb olacaq.

"Pandemiyadan dərs alaq. Milyardlarla insan kollektiv tədbirləryetərincə tez qəbul edilmədiyi üçün əziyyət çəkdi. Təchizatzəncirləri dağıldı. Bu səhvi təkrarlamayaq. İqlimmaliyyələşdirilməsi inflyasiyadan qlobal sığortadır. Əsas iqlimxərcləri ən böyük "xalq düşməni" olmalıdır. Bu məsələninhökumətlərin gündəmində "ilişib" qalmasına icazə versək, bu,fəlakətlə nəticələnəcək. Amma məsələ yalnız iqtisadiyyatı vəəhalini xilas etməkdən ibarət deyil", — deyə S.Stil vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
31
6
az.trend.az

8Sources